Ukrayna XİN Şolzun Ukraynanın üzvlüyü ilə bağlı Aİ danışıqlarındakı səylərini təqdir edibbackend

Ukrayna XİN Şolzun Ukraynanın üzvlüyü ilə bağlı Aİ danışıqlarındakı səylərini təqdir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Bild” qəzetinə müsahibəsində Almaniya kansleri Olaf Şolzun Kiyevin üzvlüklə bağlı Aİ ölkələri arasında danışıqlara başlamaq səylərini yüksək qiymətləndirib və Almaniyanın mövqeyini “ən yaxşı Milad hədiyyəsi” adlandırıb.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki,“Almaniya kansleri Olaf Şolzun Macarıstanın veto təhlükəsini aradan qaldırmaq üçün sammitdə etdikləri Almaniya rəhbərliyinin Avropanın maraqlarına uyğun hərəkəti kimi tarixə düşəcək. Bizim Almaniyaya minnətdar olmaq üçün bir çox səbəbimiz var – hərbi yardımdan tutmuş maddi dəstəyə qədər, lakin Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı siyasi aydınlıq Berlindən bəlkə də ən yaxşı Milad hədiyyəsidir”, – deyə Kuleba bildirib.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, 2022-ci ilin yazında Berlinin mövqeyi tamamilə fərqli olub: Almaniya hakimiyyəti Ukraynanın Aİ-yə daxil olması ilə bağlı proseslərə rəhbərlik etmək istəmirdi. Kuleba Almaniyanın bu məsələdə mövqeyinin dəyişməsindən məmnun olduğunu qeyd edib.