Ukrayna xüsusi təyinatlıları “Qrad” raketdaşıyan gəmisinə hücum edibbackend

Ukrayna xüsusi təyinatlıları “Qrad” raketdaşıyan gəmisinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Kareliyada Rusiyanın “Qrad” kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” XƏQ-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat oktyabrın 4-də səhər saat 04:31-də Oneqa gölündə baş tutub.

“Xüsusi təyinatlılar 21631 layihəli “Buyan-M” kiçik raket gəmisini (göyərtə nömrəsi 575) Baltik dənizindən Xəzər dənizinə doğru hərəkət edərkən vurublar. Zərbə hərəkət bölməsinin sağ tərəfinə dəyib, gəmiyə ciddi ziyan dəyib. Hələlik əlavə detallar dəqiqləşdirilir”, – məlumatda deyilir.

“Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik Donanmasının istifadəsinə verilib. Gəminin əsas silahı “Kalibr-NK” raket sistemidir.