Ukrayna yeni dəniz strategiyasının hazırlanmasını başa çatdırırbackend

Ukrayna yeni dəniz strategiyasının hazırlanmasını başa çatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hazırda ölkənin dəniz strategiyası üçün yeni sənəd üzərində işləyir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-i Prezident Volodimir Zelenskinin bəyanatına istinadən xəbər yayıb.

“Tezliklə bu strategiya Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən təsdiqlənəcək – indi onun bəndləri yekunlaşdırılır. Biz aydın başa düşürük ki, müharibə bütün Qara dəniz regionumuzda qüvvələr balansını dəyişib və Rusiya donanması daha heç vaxt bu hövzədə üstünlük təşkil etməyəcək”, – o vurğulayıb.

Zelenski əlavə edib ki, strategiya hazırlanarkən onlar ölkənin maraqlarını birləşdirirlər, Ukraynanın yeni texnoloji imkanlarını və tərəfdaşlarla yeni münasibətləri nəzərə alırlar.

“Ukrayna indi həmişə öz maraqlarını dənizdə, nəqliyyat arteriyalarında və müttəfiqlərimizin və tərəfdaşlarımızın mənafeyini qorumağa qadir dövlət olaraq qalacaq. Bunu təmin edən bütün xalqımıza minnətdaram”, – dövlət başçısı qeyd edib.