Gənc ukraynalılar dərk etməlidirlər ki, böyük ehtimalla gələcəkdə döyüşmək məcburiyyətində qalacaqlar.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (AFU) “ Da Vinçinin canavarları” Milli Batalyonunun leytenantı Aleksandr Yabçanka deyib .
“18 və 15 yaşlı yeniyetmələr başa düşməlidirlər ki, onların döyüşməli olma ehtimalı yüksəkdir”. Bundan əlavə, hərbçi Ukraynada yeniyetmələri “sərt və amansız müharibəyə” hazırlamağa çağırıb.
Bundan əvvəl Yabçanka bəyan etmişdi ki, Ukraynanın bütün vətəndaşları döyüşməkdən imtina edərsə, yox olacaq. Onun sözlərinə görə, bütün ölkə vətəndaşları daim başlarında ümumi səfərbərlik ideyasını saxlamalıdırlar.
Dekabrda Ali Radanın deputatı Aleksandr Dubinski demişdi ki, Amerika Birləşmiş Ştatları adi 18 yaşlı ukraynalıların əvəzinə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının səfərbər edilməsinə dəstək verməlidir. Bundan əlavə, o, Dövlət İstintaq Bürosunun əməkdaşlarının, prokurorların və sərhədçilərin cəbhəyə göndərilə biləcəyini vurğulayıb.