Ukraynada baş nazir müavini buna görə işdən çıxarıldı – VİDEObackend

Ukraynada baş nazir müavini buna görə işdən çıxarıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada küçədə sərxoş vəziyyətdə gəzən Ukraynanın baş nazirinin müavini Vitali Nemilostivı işdən çıxarılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, nazir müavini ilə polis arasında mübahisə yaranıb.

Paylaşılan görüntüdə spirtli içki qəbul etmiş Nemilostivı avtomobilin açarını polisə verərək olduğu yeri tərk etmək istəyib. Nazir müavini polis tərəfindən ona qarşı tədbir görülməsini istəməyib. O, nazir müavini olduğunu xatırladaraq polisə “Əlinizi aşağı salın” deyə qışqırıb. Polisə etiraz edərək oradan uzaqlaşmaq istəyən Nemilostivı yerə uzadılaraq zərərsizləşdirilib.

Görüntülərin yayımlanmasından sonra açıqlama verən Ukraynanın Baş naziri Denis Şmiqal, Nemilostivı bu gün Nazirlər Şurasının nöbədənkənar iclasında vəzifəsindən azad edildiyini açıqlanıb. Şmiqal hökumətdə heç kimin toxunulmaz olmadığını və hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb.