Ukraynada Kaxovka Anbarı və Su Elektrik Stansiyasının (SES) bombalanması və dağıdılması səbəbindən Yeni Kaxovka şəhəri su altında qalıb.
NOCOMMENT.az xəbər verir ki, bombardmanlar nəticəsində Dnepr çayının su səviyyəsi sürətlə yüksəlib.
Yeni Kaxovka şəhərindən çəkilən görüntülərdə suyun səviyyəsinin binaların ikinci mərtəbəsinə qədər qalxdığı görünür.
Rusiya hakimiyyəti müharibədən əvvəl təxminən 44 min əhalisi olan şəhəri və daşqından zərər çəkmiş Qolopristanskiy və Aleşi rayonlarını boşaltmaq qərarına gəlib.
“Yeni Kaxovka”nın sözdə rəsmisi sayılan Vladimir Leontiyev “Kaxovka” SES-in təmirinin mümkün olmadığını və yenidən tikilməsinə ehtiyac olduğunu bildirərək, bəndin ətrafında suyun səviyyəsinin 10 metri keçdiyini bildirib.
NOCOMMENT.AZ