Ukraynada bu şəhərlərin adı dəyişdirildibackend

Ukraynada bu şəhərlərin adı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası ölkənin cənubundakı iki şəhərin adının dəyişdirilməsi barədə qərar qəbul edib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak özünün “Telegram” kanalında yazıb.

“Biz dəstək qazandıq, yəni qəbul olundu: Nikolayev vilayətinin Voznesenski rayonunun Yujnoukrainsk şəhərinin və Odessa vilayətinin Odessa rayonunun Yujnoye şəhərinin adı dəyişdirilidi”, – o bildirib.

Deputatın sözlərinə görə, indi birincisi Pivdennoukrainsk, digəri isə öz növbəsində Pivdennı adlandırılıb.

Hər iki yeni ad ukraynaca “pivden” (cənub) sözündəndir.