Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri 242 620 əsgərə çatıb. Son sutkada ukraynalı müdafiəçilər daha 660 rus işğalçısını məhv ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
24 iyul 2023-cü il tarixinə düşmənin ümumi döyüş itkiləri təxminən:
- canlı qüvvə – 242 620 (+660) nəfər ləğv edilib;
- tanklar – 4162 (+11) ədəd;
- zirehli döyüş maşınları – 8118 (+13) ədəd;
- artilleriya sistemləri – 4675 (+17);
- RSZV – 697 ədəd;
- hava hücumundan müdafiə vasitələri – 452 (+1) ədəd;
- təyyarə – 315 ədəd;
- helikopterlər – 310 ədəd;
- Əməliyyat-taktiki səviyyəli PUA-lar – 3963 (+5);
- qanadlı raketlər – 1307 (+9);
- gəmilər/qayıqlar – 18 ədəd;
- avtomobil avadanlığı və sisternlər – 7182 (+10) ədəd;
- xüsusi texnika – 698 (+2).