Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTObackend

Ukraynada daha bir azərbaycanlı həlak oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hazırda davam edən müharibədə daha bir soydaşımız həlak olub.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, 44 yaşlı Ağayev Vüqar Nizami oğlu Rusiya ordusunun tərkibində Luqanskda gedən döyüşlər zamanı həyatını itirib.

Vüqar Ağayevin müharibəyə könüllü olaraq qoşulduğu bildirilir.

Mlumata görə, o, 1979-cu il yanvarın 1-i Voronej vilayətinin Nijniy İkorets kəndində anadan olub.

V. Ağayev Rusiyada “İgidliyə görə”, “Luqansk Xalq Respublikası”nın medalı, eləcə də qeyri-dövlət “Qara Xaç” mükafatı ilə təltif edilib.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin Ağayevi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edib.