Ukraynada əcnəbi diversant saxlanılıbbackend

Ukraynada əcnəbi diversant saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa ərazisində diversiya fəaliyyəti ilə məşğul olan əcnəbini saxlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı onun Şərqi Avropa ölkələrindən birinin vətəndaşı olduğu müəyyən edilib.

O da bildirilib ki, həmin şəxs aprel ayında Odessadakı iki elektrik stansiyasının avadanlıqlarını benzinlə yandırıb. Nəticədə 8 yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət dövründə təxribatların törədilməsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.