Ukraynada əhalinin orta yaşı kəskin artıbbackend

Ukraynada əhalinin orta yaşı kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç il ərzində ukraynalıların orta yaşı 41-dən 45-ə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın sosial siyasət naziri Oksana Jolnoviç Ukraynanın “Novosti.LIVE” nəşrinə şərhində bildirib.

“Təəssüf ki, bu üç illik müharibə ərzində biz xeyli qocalmışıq”, – deyə o vurğulayıb.

“Washington Post”un yazdığına görə, hərbi əməliyyatlar və kütləvi mühacirətlə bağlı mövcud demoqrafik meyllər davam edərsə, Ukrayna əhalisi 2050-ci ilə qədər 25 milyon nəfərə, 2100-cü ilə qədər isə 15 milyon nəfərə düşəcək.

2021-ci ildə Ukraynanın əhalisi təxminən 44,3 milyon nəfər olub. Eyni zamanda, 1991-ci ildə ölkə əhalisi 52 milyon nəfər idi. BMT-nin məlumatına görə, 2022-ci ildə təxminən 6,7 milyon insan ölkəni tərk edib.