Ukraynada F-16 pilotları təlimə başladıbackend

Ukraynada F-16 pilotları təlimə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın F-16 qırıcılarını idarə etmək üçün təlim keçən bəzi ukraynalı pilotlar artıq təlimatçılarla birlikdə səmada məşq edirlər. 

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat deyib.

“Pilotlar artıq birbaşa göydə F-16-da məşq edir, əlbəttə ki, hamısı deyil. Bəzi pilotlar artıq döyüş təyyarələrində təlimatçılarla birlikdə səmada məşq edirlər”, – o, telemarafonda deyib.

İqnatın sözlərinə görə, ukraynalı pilotların hazırlanması prosesi plan üzrə gedir. “NATO tərəfdaşları hər şeyi reklam etmək və təlim prosesini təfərrüatlı şəkildə açıqlamaq istəyirlər”, – deyə Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi əlavə edib