Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı indidentə məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.
NOCOMMENT xəbər verir ki, Kiyev şəhər Peçerskiy rayon polisindən report-a verilən məlumata görə, hər iki şəxs polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında barələrində məhkəmə tərəfindən Azərbaycana deport olunma qərarı verilib.
Deportasiya səbəb olaraq xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.
Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdılar. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.