Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS əhalini xəbərdar etmək üçün rəsmi resurs məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, siqnal Dnepropetrovsk, Nikolayev, Poltava və Xarkov vilayətlərində səslənib.
Bundan əvvəl UNİAN agentliyi Xarkov vilayətində partlayışların baş verdiyini bildirmişdi. Bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
Ukraynanın “Public” nəşrinin Telegram kanalı xəbər verir ki, martın 2-də Odessada partlayış səsləri eşidilib, bölgədə hava hücumu xəbərdarlığı elan edilib.