Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı demək olar ki, 3,5 saat davam edib.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.
Hazırda sirenalar yalnız Ukraynanın Dnepropetrovsk və Nikolayev vilayətlərində səslənir.
Bundan əvvəl Kiyevdə internetdə fasilələr olduğu barədə məlumatlar yayılmışdı.
Yanvarın 2-də səhər saatlarında Ukrayna paytaxtında silsilə partlayışlar baş verib, nəticədə şəhərin elektrik təchizatı dayandırılıb.