Ukraynada Qırmızı Xaç yaxınlarını axtaran ailələrdən 400 min müraciət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə təşkilatın Ukrayna bölməsinin Telegram kanalında məlumat verilib.
“2025-ci ilin aprel ayına olan məlumata görə, biz itkin yaxınlarını axtaran ailələrdən 400 000 müraciət almışıq”, – nəşr yazır.
Qırmızı Xaç, sorğuların çoxunun analar tərəfindən göndərildiyinə aydınlıq gətirib.