Ukraynada killer azərbaycanlı gənci qətlə yetirdibackend

Ukraynada killer azərbaycanlı gənci qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Azərbaycan vətəndaşı öldürülüb.

NOCOMMENT.az-ın xarici mediaya istinadla məlumatına görə, Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədov Odessa şəhərində odlu silahla qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs  əməlini həyata keçirmək üçün  bu yaxınlarda Varşavadan uçan Gürcüstan vətəndaşıdır.

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ rəsmi məlumat yoxdur.

İdarə rəisinin sözlərinə görə, Gürcüstan vətəndaşı Elmuraz Məmmədov iyulun 26 -da Varşavadan Odessaya uçub. Orada cinayət ortaqları ilə mərhum Laçın Məmmədovun ailəsi ilə birlikdə yaşadığı evin yanında mənzil kirayələdiyi bildirilir.

Cinayətdə ehtimal olunan ortaq artıq Boryspil hava limanında istintaq hərəkətləri ilə saxlanılıb.
İndi polis 27 yaşlı killeri axtarır. Onun avtomobili artıq Odessanın Filatov küçəsində tapılıb. Avtomobilinin salonunda içində iki güllə olan avtomat da tapılıb.