Ukraynada mobil Ərazi Komplektləşdirmə Mərkəzlərinin (ƏKM – hərbi komissarlığın analoqu) yaradılması mümkündür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Media Mərkəzində Ali Radanın milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə komitəsinin üzvü Fyodor Venislavski bildirib.
“Hüquqi baza baxımından mobil ƏKM-lərin tezliklə yaradılmasına hər hansı maneə görmürəm. Mövcud ƏKM-lərə hücumları və onların hazırda konkret məkanlarda yerləşməsini nəzərə alaraq düşünürəm ki, mobil ƏKM-lərin yaradılmasını nəzərdə tutan normativ aktlar Silahlı Qüvvələr Komandanlığı səviyyəsində təsdiqlənə bilər”, — deyə o bildirib.