Ukraynada müharibədə indiyədək nə qədər uşaq həlak olub?backend

Ukraynada müharibədə indiyədək nə qədər uşaq həlak olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 240 uşaq həlak olub.

NOCOMMENT.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 436 uşaq yaralanıb.

Baş Prokurorluğun məlumatına görə, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Luqansk, Zaporojiye, Jitomir, Xerson və Sumidə qeydə alınıb.

“Rusiya qüvvələrinin hava və artileriya zərbələri nəticəsində 1883 təhsil müəssisəsi zərər görüb, onlardan 178-i tamamilə dağıdılıb”, məlumatda qeyd olunub.