Ukraynada mülki əhalinin yaşadığı binaya raket hücumubackend

Ukraynada mülki əhalinin yaşadığı binaya raket hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətində atdığı raket mülki şəxslərin olduğu yaşayış binasına düşüb.

NOCOMMENT xəbər verir ki, hücumdan sonra 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində 4 mərtəbəli yaşayış binasını vurub. Dağılmış mənzilə istiqamətləndirilən axtarış-xilasetmə qruplarının 3 nəfərin cansız cəsədini dağıntılar altından çıxardığı, 2 nəfərin xilas edildiyi, 8 nəfərin isə yaralandığı öyrənilib.

Ukrayna prezidenti Vladimir Zelenski Kramatorskda mənzilə düşən raketlə bağlı açıqlama verib. Hücum zamanı mülki şəxslərin həlak olduğunu və dağıntılar altında qaldığını bildirən Zelenski, “Bu, tarixin təkrarı deyil, bu, ölkəmizin gündəlik həyatının reallığıdır” dedi.

Ölkəsinin “mütləq şər”lə ortaq sərhədi olduğuna işarə edən Zelenski, “Belə faciələrin təkrarlanma ehtimalını sıfıra endirmək üçün bu şərdən qalib gəlmək lazımdır” dedi.

Zelenski həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib və günahkarları mütləq tapıb cəzalandıracaqlarını bildirib.