Ukraynada münaqişənin həlli üzrə beynəlxalq platforma yaradılması təklifi dəstəklənibbackend

Ukraynada münaqişənin həlli üzrə beynəlxalq platforma yaradılması təklifi dəstəklənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ukraynada münaqişəsinin həlli üzrə beynəlxalq platforma yaradılması təklifini dəstəkləyirik.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O həmçinin Vladimir Putinin Ukraynada vəziyyətin diplomatik yolla sabitləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib:

“Biz heç vaxt Ukrayna məsələsində danışıqlardan imtina etməmişik. Əksinə, Rusiya Federasiyası bütün maraqlı tərəflərin iştirak edəcəyi müzakirələrin tərəfdarı olub. Lakin hələlik belə bir platforma mövcud deyil” – deyə, D. Peskov bəyan edib.

Qeyd edək ki, Türkiyənin sözü gedən təklifini xarici işlər naziri Hakan Fidan 10-12 iyun tarixlərində Rusiyada səfərdə olarkən qarşı tərəfə təqdim edib.