Ukraynada raket hücumları qurbanlarının sayı artırbackend

Ukraynada raket hücumları qurbanlarının sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 8-də Rusiyanın Kiyevə raket zərbələri endirməsi nəticəsində həlak olan və yaralanan sakinlərin sayı artır.

NOCOMMENT.az CNN-ə istinadla xəbər verir.

İyulun 9-na olan son məlumata görə, raket hücumları nəticəsində Ukrayna paytaxtında dörd uşaq daxil olmaqla 27 nəfər həlak olub, 117 sakin yaralanıb.

Bundan başqa, Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, gecə saatlarında Kiyevin Şevçenko rayonunda dağıntıların altından oğlan uşağının cəsədi çıxarılıb.

Raket hücumlarının nəticələrinin aradan qaldırılması üzrə işlər şəhərin 3 məkanında davam etdirilir. Hadisə yerlərinə 377 nəfər xilasedici və Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin 76 ədəd texnikası cəlb edilib.

İyulun 8-də genişmiqyaslı raket hücumları zamanı Rusiya raketlərindən biri Kiyevdəki “Oxmatdit” uşaq xəstəxanasına düşüb. Burada 50 həkimin yaralandığı bildirilir.

Eyni zamanda, Ukrayna paytaxtının Şevçenko rayonunda evlərdən birinin bloku dağıdılıb, qonşu bloklara da ciddi zərər yetirilib.

İyulun 9-da Kiyevdə raket hücumları qurbanlarının xatirəsinə matəm günü elan edilib.