Ukraynada vətəndaşların ölkənin Silahlı Qüvvələrinə (USQ) hərbi səfərbərliyi davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə USQ-nin Baş komandanı Aleksandr Sırski tərəfindən yayımlanan açıqlamada bildirilib.
Sırski bildirib ki, Rusiya ordusu ilin sonuna qədər 10 yeni diviziya yaratmağı planlaşdırır və onlardan ikisi artıq formalaşdırılıb.
“Bu səbəbdən başqa çıxış yolumuz yoxdur – səfərbərlik tədbirlərini davam etdirməli, döyüş hazırlığını artırmalı, qoşunlarımızın pilotsuz sistemlərini gücləndirməliyik,” — deyə o vurğulayıb.