Ukraynada səfərbərlik haqqında qanun qəbul edilibbackend

Ukraynada səfərbərlik haqqında qanun qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası səfərbərlik haqqında qanunu ikinci oxunuşda qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko öz Telegram kanalında məlumat verib.

Qanun layihəsinin lehinə 283 deputat səs verib.

Qanun layihəsi iki aydan çox Radanın müvafiq komitəsində yekunlaşdırılıb.

Özləri haqqında cari məlumatları təqdim etməyən hərbi xidmətə cəlb olunan Ukrayna vətəndaşlarından 60 gün ərzində bunu etmələri tələb olunacaq. Bu, xaricdə olan hərbi qulluqçulardan da tələb olunur. Tələblərə əməl olunmadıqda, qanunu pozanları məhkəmə yolu ilə külli miqdarda cərimə və avtomobil idarə etmək hüququndan məhrum etmə gözləyir.