Ukraynada sülh yalnız bir şərtlə mümkündürbackend

Ukraynada sülh yalnız bir şərtlə mümkündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh razılaşmasına yalnız onun qadir olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“İnanıram ki, bu [Ukraynada sülh] üzərində razılaşa bilən yeganə şəxs mənəm. İnanmıram ki, başqası bu razılaşmanı edə bilərdi”, – Tramp deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, sülhə nail olmaq üçün danışıqlar artıq xeyli irəliləyib və tərəflər “razılığa çox yaxındır”.

Bundan əvvəl Amerika lideri bəyan etmişdi ki, Rusiya ilə münaqişəyə məhz Ukrayna NATO-ya qoşulmaq istəyi ilə başlayıb.