Ukraynada təyyarə evin üstünə düşdü – 4 nəfər öldübackend

Ukraynada təyyarə evin üstünə düşdü – 4 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın İvano-Frankovsk vilayətində yüngül mühərrikli idman təyyarəsinin yaşayış evinin üstünə düşməsi nəticəsində 4 nəfər ölüb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Dövlət Xidməti yayıb.

Hadisə iyulun 28-də günorta saatlarında vilayətin Kolomıy rayonunun Şeparovs kəndi yaxınlığında baş verib.

Qəzadan sonra yanğın başlayıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.