Ukraynada ticarət mərkəzi RAKETLƏ VURULDU – VİDEObackend

Ukraynada ticarət mərkəzi RAKETLƏ VURULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Poltava bölgəsi Kremençuk şəhərində mindən çox dinc sakinin olduğu ticarət mərkəzinə raket zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Ticarət mərkəzi yanır, xilasedicilər yanğınla mübarizə aparır, qurbanların sayını təsəvvür etmək mümkün deyil.

Rusiya ordusu üçün təhlükə yoxdur. Strateji dəyəri yoxdur. Yalnız insanların normal həyat sürmək cəhdi işğalçıları qəzəbləndirir.

Rusiya gücsüzlüyünü sadə vətəndaşların üzərinə qoymaqda davam edir. Onun tərəfində adekvatlıq və insanlıq ümid etmək əbəsdir”, – ölkə lideri bildirib.

Publika.az