Ukraynadakı hərbi sənaye obyektlərinə uzaqmənzilli raketlərlə hücum etdik – Rusiyabackend

Ukraynadakı hərbi sənaye obyektlərinə uzaqmənzilli raketlərlə hücum etdik – Rusiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynadakı hərbi sənaye obyektlərinə gecə saatlarında dəniz və havadan uzaqmənzilli raketlərlə hücum edərək, sursat, silah və hərbi texnika istehsal edən müəssisələrin işini pozduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya hücum dəstələrinin Donetsk istiqamətində Baxmut şəhərinin qərb hissəsindəki Ukrayna qoşunlarını zərərsizləşdirdiyini açıqlayıb.

O, Rusiya hava-desant qoşunlarının hücum dəstələrinin hərəkətlərini dəstəklədiyini və Ukrayna qoşunlarını cinahlarda sıxışdırdığını bildirib.

Donetsk vilayətinin Kalinovka, Çasov Yar, Nikolayevka və Stupochki bölgələrində Ukrayna əsgərlərinə qarşı hücumların təşkil edildiyini qeyd edən Konaşenkov, son sutka ərzində Rusiya döyüş təyyarələrinin bu bölgədə 6 uçuş həyata keçirdiyini və artilleriya bölmələrinin 64 atəş açdığını bildirib.

Konaşenkov sözügedən bölgədə 330-a yaxın Ukrayna əsgərini zərərsizləşdirdiklərini iddia edib.

NOCOMMENT.AZ