Ukraynadakı müharibə özünün final mərhələsinə qədəm qoyubbackend

Ukraynadakı müharibə özünün final mərhələsinə qədəm qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə özünün final mərhələsinə qədəm qoyub , onun gedişində əks-hücuma keçmək və işğal edilən əraziləri azad etmək lazım gələcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib.

“Məsələ bundan ibarətdir ki, bu mərhələ nə qədər davam edəcək. Bu, bir qədər uzana bilər, çünki nə qədər gur səslə bəyanatlar verilsə də, rusiyalılar özlərinin olub- qalan ehtiyatlarını toplayıb, mövqe müharibəsinə keçmək istəyir. Onlar, 2015- ci ildə olduğu kimi, müəyyən ərazilərdə möhkəmlənmək istəyirlər”, – müşavir belə deyib.

Podolyak qeyd edib ki, bu mərhələ Ukrayna üçün qanlı olacaq, “insanlaımızı itirəcəyik”, lakin “istənilən halda bunu yaşamaq lazım gələcək”, bu zaman o, Rusiya Federasiyasına hər hansı ərazi güzəştlərini inkar edib.

“Ukrayna, Donetsk və Luqansk vilayətləri də daxil olmaqla, bütün vilayətlərini mühasirədən çıxarmalıdır. Ukrayna bu “qəribə oğlanlar”ın hamısını öz ərazisindən vurub çıxarmalıdır.

Biz Xerson vilayətini onlara “vermişik”… Müharibəni müvəqqəti bitirək? O zaman iki ildən sonra ruslar nə edəcək? Onlar həm də Dnepropetrovck, Zaporojye vilayətlərini almaq istəməyəcək? Bu ki, aydın məsələdir…Sabah onlar gəlib Poltava, Odessa, Nikolayev vilayətlərini ələ keçirəcək, bizi tədricən öldürəcəklər”, – o, qeyd edib.

Müşavirin sözlərinə görə, Rusiya Federasiyası müharibəni uzunmüddətli fazaya keçirmək istəyir, amma bu, Ukraynaya sərf etmir.

Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni necə gördüyü barədə danışıb və Ukrayna Silahlı Qüvvələrinin 24 fevralda müəyyən edilən təmas xəttinə çıxmasının zərurilini vurğulayıb.

“Bu, o demək olacaq ki, onlar bizi zəbt edə bilməyib, biz öz torpaqlarımızı qoruyub saxlaya bilmişik. O zaman biz ikinci hissəyə keçəcəyik. Mən istərdim ki, Rusiyada ikinci hissə barədə danışıqlar masası arxasında danışmağımız üçün bu ölkənin zəkası kifayət etsin. Və bu söhbətin nəticəsi olaraq ədalət zəfər çalsın”, – Zelenski deyib./Moderator.az