Ukraynadakı müharibədə həyatını itirən mülki vətəndaşların sayıbackend

Ukraynadakı müharibədə həyatını itirən mülki vətəndaşların sayı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari DiKarlo Ukrayna-Rusiya müharibəsinin ilk günündən bu yana 10 min 382 nəfərin öldüyünü, 19 min 659 nəfərin isə yaralandığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, DiKarlo fevralın 3-də Ukraynanın Luqanks vilayətində Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə 28 nəfərin həyatına son qoyan hücumdan sonra Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edib.

Ukraynanın nəzarəti altında olan bölgələrdə son bir neçə həftədə Rusiya hücumlarının intensivləşdiyini deyən DiKarlo, “Keçən həftə şiddətdə ciddi artım müşahidə olundu və başda Zaporojya bölgəsi olmaqla 570-dən çox yaşayış məntəqəsi hədəf alındı. 12 mülki vətəndaş həyatını itirdi, 60 nəfər isə həlak oldu. Hücumlarda insanlar yaralanıb” – deyə çıxışında bildirib.

Baş katibin müavini qeyd edib ki, Ukraynada 2023-cü il ərzində azalmağa meylli olan mülki itkilər dekabr ayından etibarən “yenidən əhəmiyyətli dərəcədə artmağa başlayıb”.

“Bir daha qeyd etməliyəm ki, mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar, harada olursa olsun, beynəlxalq hüquqa ziddir. Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”- deyə, Dikarlo qeyd edib.

Sözügedən müharibənin təxminən 2 həftə sonra üçüncü ilinə qədəm qoyacağını xatırladan DiKarlo, milyonlarla ukraynalının ölkələrini tərk etməsinə səbəb olan bu müharibənin “sonuna yaxınlaşdığına” dair hələ heç bir işarənin olmadığını qeyd edib.