Ukraynadakı münaqişə Macarıstan və Bolqarıstan üçün ciddi təhlükədirbackend

Ukraynadakı münaqişə Macarıstan və Bolqarıstan üçün ciddi təhlükədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişə Macarıstan və Bolqarıstan üçün ciddi təhlükələr yaradır və bunun qarşısını almaq üçün səy göstərilməlidir.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Budapeştdə keçirilən görüşdən sonra iki ölkənin prezidentləri Tamaş Şuyok və Rumen Radev bildiriblər.

Dövlət başçıları birgə bəyanatda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların artmasına, həmçinin NATO ölkələrinin Kiyevə qoşun və silah göndərilməsinə qarşı çıxış ediblər.

“Biz müharibənin genişlənməsinə imkan verməməliyik, buna görə də sülhə nail olmaq üçün mümkün qədər tez diplomatik vasitələr tapmaq lazımdır”, – deyə Radev bildirib.

Danışıqlar zamanı Bolqarıstan Prezidenti vurğulayıb ki, Ukraynada sülhün əldə olunmasına yönəlmiş, beynəlxalq hüququn prinsiplərinə uyğun gələn istənilən təşəbbüs dəstək almalıdır.