Ötən ay Ukraynadan qaçan Ali Radanın deputatı Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri parlamentariyə yaxın mənbələrə istinadən məlumat yayıb.
“Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir, onun barəsində həbs qətimkan tədbiri seçilməsi istənilir”, – məlumatda deyilir. Sentyabrın 9-da Ukrayna bir sıra ölkələrə Dmitrukun saxlanılması və daha sonra Kiyevə göndərilməsi üçün sorğu göndərib.
Deputatın Ukraynadan getməsi avqustun 26-da məlum olub. Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum etməkdə ittiham olunurdu. O, özü bu ittihamları “tamamilə uydurulmuş hekayə” adlandırıb və onları “müxaliflərin ovu” ilə əlaqələndirib.