Ukrayna ordusu Kerç boğazı yaxınlığında Rusiyaya məxsus tankerə hücum edib.
NOCOMMENT xəbər verir ki, Kerç boğazı yaxınlığında Rusiya tankerinə Ukrayna qüvvələrinin pilotsuz su gəmisi hücum edib. Hücum zamanı tankerin zədələndiyi qeyd edilən açıqlamada, “Ekipaj təhlükəsiz yerdədir, xəsarət almayıb. Dəniz xilasetmə xidməti məsələ ilə məşğul olur, 2 yedək gəmisi əraziyə çatıb” sözlərini deyildi.
Tankerin batmaq təhlükəsinin olmadığı və neft sızıntısının olmadığı öyrənilib. Tankerə hücumun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməliyyatı olduğu açıqlanıb.