Ukraynalı bloqer Anatoliy Şariy öz Telegram kanalında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədə seçkilərlə bağlı yeni planlarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət yalnız prezident seçkilərini keçirmək üçün müvəqqəti atəşkəsə ehtiyac duyur.
Şariy bildirir ki, prezident bu seçkiləri keçirməyə böyük həvəs göstərir.
“Parlament seçkilərini isə keçirmək istəmir, çünki orada heç bir şansı yoxdur”, – deyə bloqer qeyd edib.
O hesab edir ki, Ukraynanın müvəqqəti atəşkəsə ehtiyacı var, bu isə Rusiya Prezidenti Vladimir Putinin ictimaiyyətə açıqladığı mövqedən fərqlidir. Məqsəd yalnız prezident seçkilərini vaxtında həyata keçirməkdir.