Ukraynalı deputat: Zelenski sammitdən sonra “əhəmiyyətsiz fiqur”a çevriləcəkbackend

Ukraynalı deputat: Zelenski sammitdən sonra “əhəmiyyətsiz fiqur”a çevriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü Ukrayna üçün sülh şansı yaradıb, Ukrayna lideri Vladimir Zelenski isə Alyaskadakı sammitdən sonra qaçılmaz olaraq “əhəmiyyətsiz fiqur”a çevriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında saxlanılan ukraynalı deputat Aleksandr Dubinski “Telegram” kanalında bildirib.

“Trampa əl sıxan Putin Zelenskini əhəmiyyətsiz fiqura çevirəcək, Ukraynaya isə sülh şansı verəcək”, – deyə o vurğulayıb.

Deputatın fikrincə, ukraynalılar bu fürsətdən istifadə edərək ölkədə sülh əldə etməyə çalışmalıdır.