Ukraynalı karateçilər Yevgeni və Daria Pilipyuk Venesiyada baş tutan turnirdə iştirak etdikdən sonra ölkəyə qayıtmamaq qərarına gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çernovtsı Karate Federasiyasının prezidenti və Ukrayna yığmasının məşqçisi Aleksandr Pikulin sosial şəbəkələrdə məlumat verib.
Pikulin iddia edir ki, hazırda idmançılar Polşadadırlar və məşqçiləri ilə təmasdan qaçmağa çalışırlar. Pilipyuklar müəyyən bir tarixə qədər Ukraynaya qayıtmağı planlaşdırırdılar, lakin ünsiyyəti kəsməklə yanaşı, özlərini sosial şəbəkələrdən siliblər. Federasiya onların nəinki vətənə qayıtmasını təşkil edə, hətta onlarla əlaqə saxlaya bilmir.