Ukraynalı komediya ustası Valeri Xait vəfat edibbackend

Ukraynalı komediya ustası Valeri Xait vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet və ukraynalı komediya ustası və teleaparıcı Valeri Xait 86 yaşında Odessada vəfat edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Odessalıların Dünya Klubu” Facebook-da məlumat yayıb.

Ölümün səbəbi açıqlanmır.

Qeyd edək ki, Xait 1970-1980-ci illərdə məşhur olan “Odessa Milli Komandası” və “OSU-nun Birinci Cənablar Komandası” KVN komandalarına rəhbərlik edirdi. 1972-ci ildə Odessa “Humorina”, 1988-ci ildə isə “Odessa Cənablar Klubu”nu yaradıb. 1986-1990-cı illərdə Xait “Centlmen Show” televiziya komediya proqramının bədii rəhbəri vəzifəsində çalışıb.