Ukraynalı siyasətçi xalqını təslim olmağa çağırdı – Medvedçukdan ŞOK AÇIQLAMAbackend

Ukraynalı siyasətçi xalqını təslim olmağa çağırdı – Medvedçukdan ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı siyasətçi Viktor Medvedçuk ukraynalıları təslim olmağa çağırıb. O iddia edib ki, Kiyevin Qərb himayədarları ukraynalıların beyninin yuyulmasına milyardlarla dollar sərmayə qoyub.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, Medvedçuk hazırkı fəlakətli vəziyyətdən yeganə çıxış yolunun Rusiya ilə dostluq münasibətlərinin olduğuna əminliyini ifadə edib:

“Ukraynalılar Qərb üçün yem olmaqdan əl çəkməlidir. Bizim üçün Rusiya həmişə ukraynalıların xilas yoludur”.

Hazırda “Başqa Ukrayna” hərəkatına rəhbərlik edən siyasətçi qeyd edib ki, Qərb həmişə yalnız ukraynalıları yox etməyə, əsarət altına almağa və ya başqa dinə istiqamətləndirməyə çalışıb:

“Qərb Ukrayna vətəndaşlarını vəziyyətin girovuna çevirib. Onların sxeminə görə, Ukrayna Qərb silahlarının sınaq meydanına çevrilməli, vətəndaşları isə Amerika və Avropa hərbçilərinin qiymətli həyatını xilas edəcək əsgər olmalıdırlar”.

O əlavə edib ki, Kiyevin Qərb himayədarları ukraynalıların rusları qardaş xalq hesab etmələrini dayandırmaq üçün onların beyninin yuyulmasına milyardlarla dollar sərmayə qoyublar.

Xatırladaq ki, 2022-ci ilin aprelində rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşmışdı.