Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək variantları üzərində işləyirikbackend

Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək variantları üzərində işləyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hollandiya Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək variantları üzərində tərəfdaşları ilə işləyir”.

NOCOMMENT.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri Mark Rutte Haaqada Belçikanın Baş naziri Aleksandr de Krua və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“F-16 qırıcılarına gəlincə, bu məsələdə bizim üçün heç bir tabu yoxdur. Biz Belçika və Danimarka kimi tərəfdaşlarla F-16-ların tədarükü ilə bağlı müzakirələri yekunlaşdırmaq üçün variantları inkişaf etdiririk”, – Rutte bildirib.

Aleksandr de Krua da, öz növbəsində, Belçikanın Ukraynaya yeni hərbi yardım paketi hazırladığını açıqlayıb. Belçikanın Baş naziri əlavə edib ki, ölkə, həmçinin, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardıma yönəldilməsi variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, Zelenski çərşənbə günü axşam Hollandiyaya səfər edib. O, Haaqa Beynəlxalq Cinayət Məhkəməsində çıxış edərək avropalı tərəfdaşlarını Kiyevi daha müasir silahlarla silahlanmağa çağırıb.