Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Ukraynanın 2 HIMARS raketini ələ keçirib və 23 pilotsuz uçan aparatı məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Hava hücumundan müdafiə qüvvələri “HIMARS” reaktiv yaylım atəşi sistemindən 2 raketi ələ keçirib. Bundan başqa, Ukraynanın 23 pilotsuz uçuş aparatı Luqansk Xalq Respublikasının Svatovo, Kremennaya, Krivoşeyevka, Donetskin Kurdyumivka, Vasilyevka, Kamenka yaşayış məntəqələri ərazilərində məhv edilib”.