Ukraynanın 2022-ci ildən bəri nə qədər xarici yardım aldığı məlum olubbackend

Ukraynanın 2022-ci ildən bəri nə qədər xarici yardım aldığı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən bəri Ukrayna 85 milyard dollardan çox xarici maliyyə yardımı alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Bu ilin ilk beş ayının nəticələrinə əsasən, Kiyev 11,8 milyard dollar maliyyə dəstəyi alıb. Ən böyük donorlar ABŞ, Avropa İttifaqı, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu (BVF) olub.

İki il ərzində Ukrayna həmçinin daxili dövlət istiqrazlarının buraxılması hesabına büdcəyə əlavə 28 milyard dollar cəlb edə bilib.

Ötən gün Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkə 2024-cü ildə Rusiya Bankının dondurulmuş aktivlərindən 1,7 milyard avro gəlir əldə edəcəyini gözləyir.