Rusiya silahlı qüvvələrinin energetika obyektlərinə endirdiyi zərbələrdən sonra Ukraynadakı beş nüvə reaktoru öz gücünü azaldıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “X” sosial şəbəkəsində məlumat yayıb.
“İşləyən doqquz nüvə reaktorundan beşi enerji infrastrukturuna yeni hücumlardan sonra bu gün istehsal gücünü azaldıb”, – MAQATE-nin bəyanatında deyilir.
Agentlik Ukrayna infrastrukturu üçün fəsadlar barədə məlumat vermir.