Ukraynanın AB üzvlüyünə Putindən REAKSİYAbackend

Ukraynanın AB üzvlüyünə Putindən REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın Avropa Birliyinə qoşulmasına qarşı deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Ukraynanın AB-yə üzv olması Rusiyanın əleyhinə deyil: “Əleyhimizə heç nə yoxdur, bu, hərbi blok deyil”.

Putin bununla yanaşı vurğulayıb ki, Ukraynanın AB-yə üzv olması onlar üçün faydalı olacaq: “Bu, ukraynalıların və hakimiyyətinin işidir”.

Rusiya lideri Ukraynanın AB-yə üzv olmasının Kiyevi asılı vəziyyətə gətirəcəyini də qeyd edib:

“AB-yə üzv olduğu təqdirdə böyük subsidiyalar tələb edəcək və yarımmüstəmləkəyə çevriləcək”.

Qeyd edək ki, bu gün Avropa Komissiyası Ukrayna və Moldovaya AB-yə namizəd statusu verilməsi barədə müsbət rəy qəbul edib.
axar.az