Ukraynanın gələcək AB-yə üzvlüyü Avropada təhlükəsizlik və demokratiyaya sərmayə olacaq.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitinin yekununda bildirib.
“Biz Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəldik.AB-nin yeni genişlənməsi sabitliyə, təhlükəsizliyə, firavanlığa bir investisiya olacaq və bu, güclü və vahid olacaq Avropada demokratiyaya böyük bir sərmayədir”, – deyə Ursula fon der Leyen Aİ sammitini yekunlaşdırarkən bildirib.