Ukraynanın Aİ üzvlüyü təxirə salına bilərbackend

Ukraynanın Aİ üzvlüyü təxirə salına bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Aİ-yə daxil olması ən azı 2030-cu ilə qədər təxirə salına bilər.

NOCOMMENT.az xəbər verir ki, Ukraynanın Aİ-yə daxil olması ən azı 2030-cu ilə qədər təxirə salına bilər, çünki bir çox Aİ ölkələri blokun maliyyələşdirilməsi və genişlənməsi kimi məsələlərdə veto hüququnu itirməkdən qorxur və həmçinin Ukraynanın AB-yə üzvlüyünün baha başa gəldiyini bilir. Bu barədə Britaniyanın Times qəzeti yazır.

“Zirvə görüşündə xərclərin yenidən nəzərdən keçirilməsi ilə bağlı mübahisələr Ukraynanın AB-yə üzvlüyünün 186 milyard avro dəyərində təxmin edilən dəyəri ilə müqayisədə əhəmiyyətsizdir. Bu məbləğ güclü Aİ ölkələrinin ödəyəcəklərini bildikləri puldur. Əksər ölkələr həm də gələcək büdcələr və ya genişlənmə kimi sahələrdə milli veto hüququnun itirilməsindən qorxurlar”, – deyə nəşr qeyd edib.