Litvanın xarici işlər naziri Kyastutis Budris Ukraynanın Avropa İttifaqına üzvlüyünün “tamamilə əldə edilə biləcəyini” deyib və Kiyevin 2030-cu ilə qədər siyasi birliyin üzvü olacağına ümid etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RBC-Ukrayna sitat gətirir.
“Biz inanırıq ki, bu, tamamilə əldə edilə bilər. Və prezidentimin qeyd etdiyi çox konkret tarix sadəcə hansısa fikir deyil. İnanırıq ki, biz Ukraynanın 2030-cu il yanvarın 1-də Aİ-yə üzv olmasını təmin edə bilərik”, – Budris deyib.
Eyni zamanda, o vurğulayıb ki, bu məqsədə çatmaq üçün Kiyev “çox böyük iş” görməli olacaq.