Ukraynanın Avropa İttifaqına üzv ola biləcəyi tarix açıqlandıbackend

Ukraynanın Avropa İttifaqına üzv ola biləcəyi tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti Qitanas Nauseda Ukraynanın 2030-cu il yanvarın 1-dən Avropa Birliyinə üzv olmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözləri “RBK-Ukrayna” nəşrinin Telegram kanalında sitat gətirilib.

Nauseda bildirib ki, Aİ Ukraynanı tez bir zamanda öz sıralarına qəbul etməlidir. O hesab edir ki, bu, Avropa İttifaqının təhlükəsizliyi üçün edilməlidir.

“Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Ona görə də gəlin Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirək. “Mən 1 yanvar 2030-cu il tarixini təklif edirəm”, – deyə o vurğulayıb.