Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna millətçilərinin “Aydar” batalyonunu ölkədə terrorçu kimi tanınan təşkilatlar siyahısına əlavə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında məlumat verilir.
Açıqlamada aydınlıq gətirilir ki, 25 sentyabr 2023-cü ildə Cənub Dairə Hərbi Məhkəməsi bu batalyonun terror təşkilatı kimi tanınması barədə qərar çıxarıb. Müvafiq sənəd bu ilin noyabrında qüvvəyə minib.
Hazırda Rusiya Federasiyası ərazisində terrorçu kimi tanınan təşkilatların vahid federal siyahısına 49 struktur daxildir. Reyestrə xarici və beynəlxalq təşkilatlar da daxildir.