Ukraynanın bərpasının qiyməti açıqlandıbackend

Ukraynanın bərpasının qiyməti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri və iri şirkətlərin rəhbərləri Rusiya-Ukrayna münaqişəsindən sonra Ukraynanın 1 trilyon dollardan çox vəsait tələb edə biləcəyi genişmiqyaslı yenidənqurmaya hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg Avropa İnvestisiya Bankının məlumatlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, özəl investorlar artıq Ukraynaya pul yatırmağa başlayıblar, türk şirkətləri isə Ukrayna şəhərlərində yolları və körpüləri bərpa edir.

Nəşrin ekspertlərinin fikrincə, 5-10 il ərzində ölkənin infrastrukturunu bərpa etmək üçün təxminən 3,5 milyon ton polad lazımdır. Böyük Qərb konsernilərindən biri artilleriya sursatları istehsalı müəssisəsi tikməyi, digəri isə tikinti materialları istehsalı üzrə müəssisə qurmağı planlaşdırır.