Ukraynanın bəyanatı İranı qəzəbləndirdibackend

Ukraynanın bəyanatı İranı qəzəbləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kiyevin Tehrandakı müvəqqəti işlər vəkili Ukrayna rəsmilərinin İranın hərbi obyektlərinə hücumla bağlı şərhlərinə bu ölkənin Xarici İşlər Nazirliyinə görə çağırıb.
NOCOMMENT Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Qardian” bildirib.
Nəşr bildirib ki, Ukraynalı diplomat İran XİN-ə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə çağırılıb.
Xatırladaq ki, Podolyak İranda baş verən son hadisələri “partlayışlı gecə” adlandırıb. O həmçinin Rusiyaya yardımlara görə Tehrana xəbərdarlıq etdiyini xatırladıb: “Müharibə qatillər və onların əlaltıları üçün sərt qanunlar qoyur”.
“The Wall Street Journal” isə bildirib ki, Tehranın müdafiə kompleksinə gizli pilotsuz uçuş aparatı ilə zərbələri İsrail endirib. Bu arada ABŞ Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün İrana qarşı hərbi əməliyyatların aparılacağını istisna etməyib.